waplog

“iPad” planşetinin liderliyi təhlükə altındadır


“iPad” son bir neçə il ərzində planşet bazarında liderlik edir, lakin tezliklə onun rəqibi meydana çıxacaq. “Finvista Advisors” konsaltinq qrupunun analitiki Samir Sinqx bu hadisənin 2013-cü ilin ortalarında baş verəcəyini hesab edir.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, Sinqx öz proqnozunda “IDC” analitik şirkətinin məlumatlarını əsas götürür. Bu şirkətin statistikasına əsasən, 2010-cu ilin payızında “iPad” planşeti bazarın 87 faizinə sahiblənmişdi. Lakin 2 ildən sonra, 2012-ci ilin üçüncü rübündə onun payı 50,4 faizə qədər azalıb.

Sinqx aydınlaşdırıb ki, “Android” platforması ilə işləyən planşetlərin artım sürəti son 8 rübün 6-da “iPad” planşetini geridə qoyub. Onun sözlərinə görə, son 3 ay “Apple” üçün xüsusilə uğursuz olub. Belə ki, alıcılar mağazalara getməyi deyil, “iPad mini” planşetinin istehsalını gözləməyi üstün tutublar.

Sinqx bildirib ki, “iPad”-dan fərqli olaraq, “Android” planşetlərinin tədarük həcmində il ərzində artım qeydə alınıb. Onun proqnozuna görə, belə tendensiya 2013-cü ildə də davam edəcək.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL