Azərbaycanlılar plastik kartdan nə üçün istifadə edir?
Azərbaycanda buraxılmış plastik kartların sayı 2011-ci il iyunun 1-nə 4 385 min ədəd təşkil edib ki, bu da 2010-cu ilin mayın 1-nə nisbətən 265 min ədəd və ya 6,4% çoxdur.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, kartların 2 480 mini sosial kartlar, 1 306 mini əməkhaqqı kartları, 460 mini digər debet kartları, 139 mini isə kredit kartlarıdır. Cari ilin 5 ayı ərzində plastik kartlarla 20 484 min əməliyyat aparılıb, əməliyyatların həcmi 2 750 mln. manat təşkil edib. Bu göstəricilər son bir ildə müvafiq olaraq 9,9% və 17,9% artıb.
Debet kartlarla əməliyyatların sayı 19 390 minə bərabərdir ki, bu da ümumi sayın 94,7%-ni təşkil edir. Debet kartlarla əməliyyatların həcmi isə 2 458 mln. manatdır ki, bu da ümumi həcmin 89,4%-ni təşkil edir. Öz növbəsində kredit kartlarla 1 093 min əməliyyat aparılıb, əməliyyatların həcmi isə 292 mln. manata bərabərdir. Debet kartlar üzrə bir əməliyyatın ortalama həcmi 126,8 manata bərabərdir. Kredit kartlar üzrə bu göstərici 267,2 manat təşkil edir.
Qeyd edək ki, plastik kartlarla aparılan əməliyyatların 18 558 mini və ya ümumi sayının 90,6%-i nağd pulun çıxarılması üzrə əməliyyatlardır. Bu əməliyyatların həcmi 2 500 mln. manatdır ki, bu da ümumi həcmin 90,9%-ni təşkil edir. Beləliklə, plastik kartlarla nağdsız əməliyyatların payına say və həcm üzrə cəmi 9% düşür ki, bu da Azərbaycanda plastik kartların əsasən nağd pulun çıxarılması üçün istifadə edilməsindən xəbər verir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL