Smartfonların 33 faizi “Android” platforması ilə işləyir
Amerikanın “Google” şirkəti 2012-ci ilin üçüncü rübü üzrə dərc etdiyi hesabatda "Android" əməliyyat sistemi (ƏS) ilə işləyən smartfonların dünya bazarında liderlik etdiyini bəyan edib.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, smartfonların 72,4 faizi “Android” platforması ilə təchiz edilib. 2012-ci ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz daha çox "Android"-aparat satılıb.
Cənubi Koreya nəhəngi "Samsung" 9 ay ərzində "Android" ƏS-i ilə təchiz edilmiş 55 milyon qurğu satıb. Müqayisə üçün qeyd edək ki, "Google"-un əsas rəqibi olan "Apple" şirkəti 9 ay ərzində 23,5 milyon telefon satıb. Onun aparatları “iOS” platformasında işləyir. "Garthner" şirkətinin analitikləri hesab edirlər ki, "Apple" şirkəti yeni "iPhone 5" smartfonları sayəsində dördüncü rübdə liderliyi geri qaytara bilər.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL