Tiflisdə İKT sahəsində beynəlxalq konfrans keçirilir
Gürcüstanın paytaxtı Tiflis şəhərində “Elm, texnologiya və innovasiyaların inkişafı sahəsində Avropa Birliyi, Mərkəzi Asiya və Cənubi Qafqaz əməkdaşlığı” mövzusunda ikigünlük beynəlxalq konfrans başlayıb. Avropa Birliyinin maliyyə dəstəyi ilə reallaşdırılan tədbirdə Avropa, Orta Asiya və Cənubi Qafqaz ölkələrindən gələn alimlər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
"ICTnews" elektron xəbər xidmətinin əldə etdiyi məlumata görə, beynəlxalq konfransda Azərbaycan nümayəndələri də iştirak edir. Ölkəmizdən 4 alimin qatıldığı tədbirdə açılışı İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin rektoru Aleksandr Kvitaşvili edib.
O, konfransın mahiyyəti və müzakirə olunacaq mövzuların aktuallığı haqqında iştirakçılara məlumat verdikdən sonra bildirib ki, əsas məqsəd elm və texnika sahəsində kooperasiyanı yaxşılaşdırmaq, ölkələrarası əməkdaşlığın bütün mexanizmlərini inkişaf etdirmək və hər bir sahədə dövlətin dəstəyi və addımı, elmi yeniliklər haqqında fikir və tövsiyələrimizi Avropa Birliyinə çatdırmaqdır.
Bundan sonra müxtəlif ölkələrdən Tiflisə təşrif buyurmuş alimlərin nitqləri dinlənilib və onlara suallar ünvanlanıb.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL