waplog

Bukriderlərə tələbat azalır


“Digitimes Research” şirkətinin analitikləri bukrider (elektron kitabları oxumaq üçün qurğu) bazarı ilə əlaqədar proqnozu bəyan ediblər.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, ilkin hesablamalara əsasən, cari rübdə bukriderlərin satış həcmi 4,57 milyona bərabər olacaq. Bu göstərici rüblük hesablamada 92 faiz artım və illik hesablama üzrə 49,1 faiz azalma deməkdir.

Ekspertlər satışların azalmasını planşet və smartfonların populyarlaşması ilə izah ediblər. “IDC” tədqiqat şirkətinin hesablamasına görə, cari ilin üçüncü rübündə dünyada müxtəlif proqram-aparat platformalarında işləyən təxminən 27,8 milyon planşet tədarük edilib. 2011-ci ilin üçüncü rübü ilə müqayisədə artım təxminən 50 faiz təşkil edib. Smartfonlara tələbat illik hesablamada 46.9 faiz və ya 115,2-dən 169,2 milyona qədər artıb.

2012-ci ilin nəticəsinə görə, bukriderlərin tədarük həcminin 57,3 faizə qədər azalacağı gözlənilir. Aparıcı istehsalçılara reytinqi 55 faiz bazar payına malik “Amazon” şirkəti liderlik edəcək. Sonrakı yerlərdə “Kobo”, “Barnes and Noble” və “Sony” şirkətləri qərarlaşıb.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL