waplog

Nazir: Azərbaycan ərazisindəki baza stansiyaları elektromaqnit şüaları normalarına cavab verir


“Azərbaycan ərazisində quraşdırılan baza stansiyaları və elektromaqnit şüa yayan digər qurğular beynəlxalq təşkilatların tələb etdiyi normalara uyğun gəlir”. Bu barədə məlumat verən  Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki,  respublikada baza stansiyalarının quraşdırılması Beynəlxalq Telekommunikasiya İttifaqının və digər beynəlxalq strukturların qəbul etdiyi normalara əsasən həyata keçirilir.

"Azərbaycanda bu sahəyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq strukturları tərəfindən nəzarət edilir. Mütəmadi monitorinqlər keçirilir. Son monitorinqlərin nəticələri bunu deməyə imkan verir ki, Azərbaycanda elektromaqnit şüalanmanın insan sağlamlığına qarşı təyin edilən təsir normalarını üstələyən yer yoxdur. Həmçinin bu sahə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin diqqət mərkəzindədir", - deyə nazir qeyd edib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL