2013-cü ildə İT xərclərinin həcmi yalnız 2,5 faiz artacaq
2013-cü ilin nəticəsinə görə, informasiya texnologiyalarına (İT) sərf olunmuş korporativ xərclərin həcmi 2012-ci illə müqayisədə 2,5 faiz artaraq 2.603 milyard trilyon dollar təşkil edəcək.
"Gartner" şirkətində çalışan analitiklərin fikrincə, İT sektorunda ən böyük yatırım istehsal və təbii resurslar bazarında gözlənilir. "Gartner" analitiklərinin proqnozuna əsasən, 2013-cü ildə bu sektorda xərclərin həcmi 478 milyard dollara bərabər olacaq. Bu göstərici ötən illə müqayisədə 2,3 faiz çoxdur. İnvestisiyaların əsas istiqaməti "bulud" və mobil texnologiyalar, həmçinin "böyük məlumatlar" (Big Data) olacaq.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2012-ci ildə bank mühiti və qiymətli kağızlar sektorunda İT layihələrinə 445 milyard dollar, növbəti il isə 460 milyard dollar ayrılacaq. İT xərclərinin artmasına səbəb maliyyə qurumlarında informasiya texnologiyalarının kifayət qədər intensiv istifadə olunmasıdır.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL