waplog

Sensor ekranlar barmaq və dırnaq toxunuşlarını fərqləndirəcəklər (VİDEO)


Amerikanın "Qeexo" şirkətinin təqdim etdiyi texnologiya sayəsində sensor ekrana malik qurğular (məsələn, smartfon və ya planşet) ona toxunan predmetləri fərqləndirə bilir.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, texnologiya "FingerSense" adlandırılıb. Texnologiyanın tətbiq edildiyi qurğular dırnaq, barmaq və ya stilusun plastik və ya rezin ucluğu ilə toxunuşları fərqləndirə bilir.

Predmetin tanınması onun ekranla təması zamanı yaranan səs əsasında həyata keçirilir. Səsi "tutmaq" üçün xüsusi datçik sorumludur.

Ekrana müxtəlif predmetlərlə toxunuş nəticəsində proqramlar müxtəlif əməliyyatlar yerinə yetirir.
İstehsalçılar "FingerSense" texnologiyasının imkanlarını nümayiş etdirmək üçün bir neçə proqram yaradıblar; onlardan biri "paint" proqramıdır. O, stilusun plastik ucluğunu karandaş, rezin ucluğunu isə pozan kimi qəbul edir.
 


 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL