waplog

Böyük Britaniya 2018-ci ilədək “5G” şəbəkəsinin tətbiqinə başlayacaq


Britaniyanın “Ofcom” milli telekommunikasiya tənzimləyicisi ölkə ərazisində beşinci nəsil şəbəkəsinin tətbiqi üçün hazırlıq işlərinə start verib. “Ofcom”un proqnozlarına görə, 2030-cu ildə britaniyalılar tərəfindən ötürülən məlumatların həcmi hazırkı göstəricilərlə müqayisədə 80 dəfə artacaq və beşinci nəsil şəbəkəsini tətbiq etmədən bu problemi aradan qaldırmaq mümkün olmayacaq.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Ofcom”un baş direktoru Edvard Riçardsın sözlərinə görə, ölkə ərazisində “5G” tezliklərinin bölgüsü üzrə birinci hərraclar 2018-ci ildə keçirilə bilər. O, həmçinin bildirib ki, “5G” şəbəkələrinin tətbiqi milli internet şəbəkələrini yüklənmədən xilas etməli, həm də internet iqtisadiyyatı və rəqəmli texnologiyanın inkişafını sürətləndirməlidir.





 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL