waplog

Alimlər yosunlardan neft əldə etməyi öyrəniblər


Miçiqan Universitetində çalışan kimyaçı alimlər yosunların 1 dəqiqə ərzində neftə çevrilməsi texnologiyasını hazırlayıblar.

“ICTnews.az” elektron xəbər xidməti  “infox.ru” saytına istinadən bildirir ki, yeni texnologiyada “təzyiq nəticəsində qaynama” əsas məqamdır. Belə “təzyiq nəticəsində qaynama” zamanı yaşıl mikro yosunlar 600 dərəcə selsiyə qədər qızdırılmış qumun təsirinə məruz qalırlar. Prosedur təxminən 1 dəqiqə çəkir və nəticədə ilk xammalın təxminən 65 faizi öz xüsusiyyətlərinə görə nefti xatırladan maddəyə çevrilir.

Əldə olunmuş materialı gələcəkdə  müxtəlif bioloji yanacaq növlərinə emal etmək olar. Bu, 1 il bundan əvvəl eyni laboratoriyada hazırlanmış “Mother Nature” texnologiyası ilə müqayisədə əsl inqilabdır.

Bununla bərabər, yaxın gələcəkdə bu ixtiranı bazara çıxarmaq mümkün olmayacaq. Alimlər hələ ki az miqdarda xammal üzərində təcrübə aparıblar və hələlik onların sənaye istehsalının böyük həcmi səviyyəsi zamanı 60 saniyəlik limiti və eyni səmərəliliyi saxlaya biləcəyi məlum deyil.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL