waplog

“Cisco” “Meraki” şirkətini satın alır


Kompüter şəbəkələrinin qurulması üçün dünyanın ən böyük avadanlıq istehsalçısı “Cisco Systems” şəbəkə qurğularını məsafədən idarə etmə sahəsi üzrə imkanlarını genişləndirmək üçün “Meraki” şirkətini 1,2 milyard dollara satın alıb.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Meraki” özəl şirkətdir və o, əvvəllər “Google”-un investisiya bölməsi, həmçinin “Sequoia Capital” fondu tərəfindən dəstəklənib. “Meraki” şirkətinin istehsalı olan məhsullar işlək kompüter şəbəkələrinə məsafədən nəzarət etməyə və sazlamağa imkan verir.

Analitiklər bildiriblər ki, “Meraki” şirkətinin satın alınması  istehsalçı və istehlakçıların “bulud” xidmətləri ideyasına ciddi yanaşmasını təsdiq edir.

 “Meraki” şirkəti 2006-cı ildə Massaçusets Texnologiya İnstitutunun məzunları tərəfindən təsis edilib.
Qeyd edək ki, “Cisco Systems” cari ildə artıq 8 şirkət satın alıb.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL