waplog

Amerika polisi 3600 ədəd “iPad mini” planşeti oğurlamış şəxsi həbs edib


Nyu-York polisi Con Kennedi aeroportundan 1,9 milyon dollar dəyərində olan 3600 ədəd “iPad mini” planşetinin oğurlanmasında şübhəli bilinən şəxsi həbs edib. Cinayəti aeroportun işçisi Renel Rene Riçardsonun iki cinayət yoldaşı ilə birgə həyata keçirdiyi məlum olub.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, polis Riçardsonun həmkarlarını dindirib. Onlar bildiriblər ki, oğru qiymətli yükün gəlməsinə az qalmış ətrafdakı hər kəsdən “iPad mini” planşetinin tədarük ediləcəyi yeri soruşub, həmçinin yükvuranı tapmaq haqqında maraqlanıb. Oğru lazımi informasiyanı əldə edərək planşetləri oğurlayıb və bir çox yerdə barmaq izləri qoyub.

Cinayətkarın axtarışı ilə Federal Təhqiqatlar Bürosu (FTB) məşğul olur.Xatırladaq ki, “iPad mini” planşet kompüterinin oğurlanması hadisəsi noyabrın 12-də baş verib.




EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL