Müdafiə Sənayesi Nazirliyi Elektron Xidmətlər Portalına qoşulub
Müdafiə Sənayesi Nazirliyi “e-Gov” Elektron Xidmətlər Portalına qoşulub. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, MSN tərəfindən təqdim olunan ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə Xüsusi icazə verilməsi üçün müraciət forması portala inteqrasiya edilib.
Bu xidmət vasitəsilə ixrac nəzarətinə düşən mallar üzrə Xüsusi icazə verilməsi üçün müraciət etmək mümkündür.
Müdafiə Sənayesi Nazirliyi tərəfindən verilən Xüsusi icazə - ixrac nəzarətinə düşən ikili təyinatlı malların və mülki dövriyyəsi məhdudlaşdırılmış hərbi, silah, sursat və döyüş təyinatlı hərbi texnika istehsalı üçün avadanlıqların ixrac-idxal əməliyyatlarının həyata keçirilməsini əhatə edir.Fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulan interaktiv növlü e-xidmət ödənişsiz həyata keçirilir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL