Pullu mobil tətbiqlər 57 milyard dollar qazandıracaq
“Strategy Analytics” şirkətində çalışan ekspertlərin hesablamasına görə, 2008-2017-ci illər ərzində istifadəçilər smartfon və planşetlər üçün 350 milyarddan çox tətbiq yükləyəcəklər. Analitiklərin proqnozuna görə, 5 ildən sonra mobil telefonlar üçün yükləmələrin 45 faizi “Google Play” onlayn mağazasının payına düşəcək. “Apple” isə planşet seqmentində liderlik edəcək: 2017-ci ildə planşetlər üçün yüklənilən tətbiqlərin ümumi həcmində “alma” şirkətinin payı 56 faizə bərabər olacaq.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, həmin müddətdə pullu mobil tətbiqlərin yüklənməsindən əldə olunan mənfəətin həcmi 57 milyard ABŞ dolları təşkil edəcək.
Bununla yanaşı, ekspertlər qeyd ediblər ki, 2013-cü ildə pullu tətbiqlərin yüklənməsi zirvə nöqtəsinə çatacaq və bundan sonra pulsuz analoqların təzyiqi altında tədricən azalmağa başlayacaq.Bundan başqa, pulsuz tətbiqlərin geniş yayılması nəticəsində pullu tətbiqlərin ucuzlaşacağı gözlənilir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL