waplog

“Microsoft” korporasiyası metan əsasında məlumat mərkəzi tikir


“Microsoft” korporasiyası ABŞ-ın Şayenn şəhərində yeni məlumat mərkəzinin tikintisini planlaşdırır. Bu məlumat mərkəzi iri olmayacaq, lakin onun tikintisinə 112 milyon dollar dəyərində sərmayə qoymaq planlaşdırılır. Birinci mərhələdə burada 17 insan çalışacaq, daha sonra heyət 40 nəfərə qədər artırılacaq. Məlumat mərkəzi bioqazla işləyəcək və əsas enerji daşıyıcısı kimi metan tətbiq ediləcək.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, məlumat mərkəzinin yaxınlığında metanla iş üçün optimallaşdırılmış, ixtisaslaşdırılmış elektrik stansiyası yerləşəcək. Stansiyanın layihəsinə əsasən, generasiyanın gücü təxminən 200 kilovat təşkil edəcək. Məlumat mərkəzində, həmçinin dizel yanacağı ilə işləyən ehtiyat generatorları olacaq.

“Microsoft” hələ ki yeni məlumat mərkəzində məhz hansı xidmətlərini yerləşdirəcəyi barədə məlumat verməyib.

Hazırda “Microsoft”un ABŞ-da bir sıra məlumat mərkəzləri fəaliyyət göstərir. Korporasiyanın, həmçinin Dublində (İrlandiya) məlumat mərkəzi mövcuddur.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL