Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Elm və İnnovasiya Departamentinin nümayəndə heyəti Şamaxı Astrofizika Rəsədxanasında olublar
Ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Elm və İnnovasiya Departamentinin nümayəndə heyəti AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) olublar.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA-dan məlumat verilib. Akademiyadan bildirilib ki, görüşdə MDB ölkələri üzrə Elm və İnnovasiya Departamenti Nümayəndəliyinin (Rusiya) rəhbəri Dr. Julia Knights, MDB ölkələri üzrə Elm və İnnovasiya Departamenti Nümayəndəliyinin əməkdaşı Dr. Marina Sokolova və təşkilati məsələlərlə bağlı Britaniya səfirliyinin İqtisadiyyat və Energetika üzrə müşaviri Elşən Qurbanov iştirak ediblər. Qonaqlar ŞAR-da aparılan elmi tədqiqatlar, cihaz və avadanlıqlar, gələcək illərdə nəzərdə tutulan işlərlə yaxından tanış olublar. Görüşdə əməkdaşlıq perspektivləri müzakirə olunub.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL