waplog

Bu gündən “Droid DNA” smartfonunun satışına başlanılacaq


“HTC” şirkəti 1920x1080 piksel (440 ppi) təsvir ölçülü 5 düymlü “Super LCD 3” ekranla təchiz edilmiş “Droid DNA” smartfonunu təqdim edib. Şirkətin Azərbaycan nümayəndəsi “Caspian Mobile”-dən verilən məlumata görə, qurğunun satışlarına bu gündən start veriləcək.

Yenilik 1,5 QHs takt tezlikli dördnüvəli “Snapdragon S4 Pro” prosessoru, “Adreno 320” qrafik çipi ilə təchiz edilib, 2 QB əməli yaddaş tutumuna və 16 QB daxili yaddaşa malikdir, “microSD” slotu yoxdur. Modeldə 2 kamera (2,2 meqapikselli ön və 8 meqapikselli əsas) mövcuddur. Smartfon, həmçinin “Wi-Fi”, “Bluetooth 4.0” və “NFC” modulları, jiroskop və akselerometrlə təchiz edilib.

“Droid DNA” smartfonu “LTE” şəbəkələrini dəstəkləyir. Aparatın ölçüləri 141×71×9,7 mm, çəkisi 140 qram təşkil edir, “Android 4.1” platforması quraşdırılıb. Smartfon 2020 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

Qeyd edək ki, qısa zamanda smartfonun Azərbaycan mobil telefon bazarında böyük rezonansa səbəb olacağı gözlənilir.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL