Televizor bazarının həcmi azalmağa davam edir
Televizor bazarında artıq 4 rüb ardıcıl olaraq tədarüklərin həcmi azalmağa davam edir. “NPD DisplaySearch” analitik şirkətinin məlumatına əsasən, 2012-ci il dünyada bütövlükdə 58,07 milyon televizor tədarük edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz azdır.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, televizor tədarüklərinin həcmində azalma daha çox Yaponiyada qeydə alınıb. 1 il ərzində göstəricilər 70 faizdən çox azalıb. Qərbi Avropada ötən illə müqayisədə azalma 15 faizə bərabər olub.
Şimali Amerika və Çin bazarlarında vəziyyət bir qədər yaxşıdır: 2012-ci ilin üçüncü rübündə bu regionlara televizor tədarükünün həcmi illik hesablama üzrə müvafiq olaraq 3 və 13 faiz yuxarı olub. Asiya-Sakit okean regionunda yerləşən ölkələrə gəlincə isə burada televizor tədarüklərinin həcmi ekspertlərin gözlədiyindən az artıb.
“DisplaySearch” analitik şirkətinin məlumatına görə, TV seqmentində qüvvələr nisbəti dəyişməyib: “Samsung Electronics” və “LG” şirkətləri mədaxil həcminə görə əvvəlki kimi lider olaraq qalırlar.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL