Amerikalı məmurların istifadə etdiyi telefon brendi dəyişdi
ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi üzrə Milli Komitəsi (National Transportation Safety Board, NTSB) Kanadanın “Research In Motion” şirkətinin “BlackBerry” smartfonundan imtina edərək “iPhone”-a üstünlük verib.
“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, təxminən 400 əməkdaşdan ibarət olan komitənin sənədinə əsasən, onlara təşkilatın əsas missiyası olan təhqiqatın aparılması və əməkdaşların uzaq yerlərdə təhlükəsizliyini təmin etmək üçün səmərəli və etibarlı rabitə vasitəsi lazımdır.
Qeyd edək ki, ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi üzrə Milli Komitəsi “BlackBerry” smartfonlarından imtina etmiş birinci dövlət orqanı deyil. Bundan əvvəl Ümumi Xidmətlər Administrasiyası (General Services Administration) ondan istifadədən imtina etmişdi.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL