Binəqədi rayonunun idarələri arasında elektron sənəd dövriyyəsinə başlanılıb
Bakının Binəqədi rayonunda “elektron hökumət”in yaradılması istiqamətində ciddi addımlar atılıb. Artıq bununla bağlı xüsusi komissiya formalaşdırılıb. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri KİV nümayəndələri ilə görüşündə RİH-in sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov söyləyib.
O bildirib ki, rayonun idarələri arasında elektron sənəd dövriyyəsinə başlanılıb: «İkinci mərhələ kimi isə rayonun elektron xəritəsinin hazırlanması prosesinin icrasıdır. Bunun icrası ilə rayonun idarəetməsi asanlaşacaq.
Həmçinin rayon təsərrüfatının elektron xəritə ilə nəzarəti də mümkün olacaq”.E.İmanov RİH-də vətəndaşların videoqəbul məsələsinin reallaşdırılması istiqamətində layihəyə start veriləcəyini söyləyib: “Yəni icra hakimiyyətinə gəlmədən, vətəndaş icra hakimiyyətindəki Aparatın məsul şəxsləri ilə videoqəbul həyata keçirə biləcəklər. Vahid telefon məlumat xidməti də istifadəyə veriləcək”.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL