waplog

Alimlər "elektron beyin" sxemini tərtib ediblər


Kornel Universitetində çalışan amerikalı alimlər maraqlı elektron-hesablama qurğusu layihələşdiriblər. O, informasiyanı eyni xanalarda emal edə və saxlaya bilir. Bu, faktiki olaraq insan beyni və onun neyronlarının iş prinsipini köçürür.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, belə "elektron beyin" istənilən müasir kompüterdən daha səmərəli işləməlidir. Bundan başqa, informasiyanın saxlanılması və emalının yeni prinsipi tamdəyərli süni intellektin yaradılmasının əsasını təşkil edə bilər.

Bununla belə, qurğu hələ ki yalnız sxem şəklində mövcuddur: alimlər hələlik "elektron beyin" nümunəsini quraşdırmağa və onu təcrübədə sınaqdan keçirməyə hazır deyillər.





EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL