waplog

Finlandiya polisi 9 yaşlı qızın kompüterini müsadirə edib


Finlandiya polisi kompüter piratlığında şübhəli bilinən 9 yaşlı qızın evində axtarış aparıb.“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, qızın evində aparılmış axtarış zamanı noutbuk müsadirə edilib. Polislər bildiriblər ki, pirat üsulla yüklənmiş məlumatlar məhz noutbukda aşkar edilib.

Xatırladaq ki, axtarışın aparılmasına səbəb olmuş hadisə 2011-ci ilin oktyabrında baş verib. Sevimli pop-müğənnisi olan Kisunun albomuna qulaq asmaq istəyən qız onu axtarış sisteminə daxil edib. Axtarış sistemi isə “The Pirate Bay” torrent-portalına istinad verib.

Qanunsuz yükləmə Finlandiyanın Kompüter piratlığı üzrə mübarizə idarəsi (CIAPC) tərəfindən izlənilib. Ailə başçısına 600 avro dəyərində cərimə yazılıb, lakin o, ödəməkdən imtina edib. Onun sözlərinə görə, internetdən yüklənmiş faylları səsləndirmək mümkün olmadığından onlar növbəti gün albomu mağazadan alıblar.



EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL