waplog

DQMK-nin nümayəndəsi beynəlxalq konfransda elektron xidmətlərlə bağlı məlumat verib


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektorunun müdiri, Korrupsiyaya qarşı mübarizə üzrə hökumət eksperti Vüqar Əsgərov Braziliya Federativ Respublikasının Braziliya şəhərində “Korrupsiyaya qarşı mübarizə üzrə 15-ci beynəlxalq konfrans”da iştirak edib.

“ICTnews” elektron xəbər xidmətinin DQMK-yə istinadən verdiyi məlumata görə, konfransa Braziliya Federativ Respublikasının Prezidenti xanım Dilma Rousseff, bu ölkənin digər rəsmi şəxsləri, “Transparency İnternational” təşkilatının rəhbəri xanım Huguette Labelle, digər beynəlxalq təşkilatların nümayəndələri və 100-dən artıq ölkənin nümayəndəsi qatılıb.

Vüqar Əsgərovla yanaşı, Azərbaycandan konfransda Təhsil Nazirliyinin nümayəndəsi Ənvər İmanov və bir neçə qeyri-hökumət təşkilatının rəhbərləri də iştirak edib. Konfransın əsas məqsədi korrupsiyaya qarşı beynəlxalq mübarizənin artırılması, bu sahədə səylərin birləşdirilməsi, acıq hökumətin təşviqi, yaxşı idarəçiliyin təmin olunması və korrupsiyaya qarşı mübarizə üzrə mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı qabaqcıl təcrübənin öyrənilməsi olub.

V.Əsgərov konfransın “Yaxşı idarəçilik”, “Qərarların qəbul edilməsində vətəndaş cəmiyyətinin iştirakçılığının təmin olunması”, “Xalq üçün açıq hökumət”, “Qanunvericilik prosesində şəffaflıq üzrə çağırışlar” mövzusunda keçirilən plenar iclaslarında iştirak edib.

O, Azərbaycan hökumətinin antikorrupsiya sahəsində apardığı siyasəti, korrupsiyaya qarşı mübarizə ilə bağlı aparılan institusional islahatlar, antikorrupsiya ilə bağlı qəbul edilmiş dövlət proqramları, açıq hökumət, qərarların qəbul edilməsində vətəndaş cəmiyyətinin iştirakının təmin olunması, dövlət idarəetməsində şəffaflığın təmin olunması və elektron xidmətlərlə bağlı görülən tədbirlər barədə iştirakçılara məlumat verib və bu sahə ilə bağlı verilmiş sualları cavablandırıb. Konfransın sonunda müvafiq bəyannamə qəbul edilib.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL