Dünyada 2 əməliyyat sistemi ilə işləyən ilk telefon
“Fujitsu” şirkəti dünyada 2 əməliyyat sistemi - mobil “Symbian” və kompyuter “Windows 7” platformaları ilə işləyən ilk mobil telefon təqdim edib. Yalnız Yaponiya bazarı üçün təqdim olunan model yerli “NTT DoCoMo” operatorunun ticarət şəbəkəsində satışa çıxarılıb.
1,2 Qhs takt tezlikli “İntel Atom Z600” prosessoru üzərində yığılmış yeni telefon 32 Qb tutumlu SSD-disk, 1 Qb həcmli “LPDDR400” operativ yaddaş qurğusu, “SVGA” təsvir formatlı 4 düymlü maye kristal displey və 5 meqapikselli kamera ilə təchiz olunub. Modelin akkumulyatoru gözləmə rejimində 600, danışıq rejimində isə 370 saatlıq iş müddəti ilə təmin edir. “Windows 7” rejimində isə onun enerjisi 2 saat davam edir.
İstehsalçı telefonu, həmçinin “MS Office 2010” professional proqramına dair ikiillik lisenziya, eləcə də “Windows 7” üçün yenilənmələr paketi ilə təchiz edib.
www.cnews.ru
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL