“Apple-1” kompüteri rekord qiymətə satılıb
Almaniyanın Köln şəhərində keçirilmiş hərracda Amerikanın "Apple" şirkətinin birinci məhsullarından biri "Apple-1" fərdi kompüteri (FK) 400 min dollara satılıb. Hərrac evinin nümayəndəsi bildirib ki, alıcı adının gizli saxlanılmasını istəyib.
"ICTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, "Apple-1" kompüterinin qiyməti 666,66 dollar təşkil edib. Satış üçün cəmisi 200 belə qurğu yığılmışdı. Hazırda dünyada işlək vəziyyətdə 6 belə kompüter mövcuddur. Artıq onlardan biri də Kölndə keçirilmiş hərracda satıldı.
Satılmış kompüter ekran, klaviatura, verilənlərin saxlanılması üçün kaset maqnitofonu və "qida" bloku ilə təchiz edilib.
Məlumat üçün bildirək ki, "Apple-1" kompüterlərinin üzərində monitor, korpus verilmirdi, o, yalnız sistem platadan ibarət idi. Qeyd edək ki, 2012-ci ilin iyununda, həmçinin işlək vəziyyətdə olan belə qurğu Nyu-Yorkdakı "Sotbis" hərracında 374 min 500 dollara satılmışdı.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL