Çinlilər “iMac”-ın kloununu yaradıblar
Çində yeni "iMac"-ın istehsalına az qalmış "alma" kompüterinin kloununun satışlarına start verilib. Qeyd edək ki, "LAVI S21i" 4 millimetr daha qalındır və "Windows 8" əməliyyat sistemi ilə işləyir. Əvəzində klounun qiyməti orijinalla müqayisədə 2 dəfə daha ucuzdur, yəni 1300 əvəzinə 540-620 dollar təşkil edir.
Bununla belə kompüterin texniki xüsusiyyətləri heç də pis deyil. "ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "LAVI S21i" kompüteri 1920×1080 piksel təsvir ölçüsünə malik 21,5 düymlü ekran, 4 QB əməli yaddaş, konfiqurasiyadan asılı olaraq 2 nüvəli "Core i3" və ya 4 nüvəli "Core i5" prosessoru, 500 QB tutumlu sərt disk və ya 128 QB tutumlu "SSD" daşıyıcı ilə təchiz edilib.
Qurğu 9 millimetr qalınlıqlı alüminium korpusda hazırlanmış, "HD" kamera, 4 ədəd "USB 2.0" portu, "VGA" və "LAN" konnektorları, "Wi-Fi" modulu ilə təchiz edilib.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL