waplog

Ucuz “Nokia” smartfonları təqdim edilib


“Nokia” şirkəti “Nokia Asha 205” və “Nokia 206” mobil telefonlarını təqdim edib.“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, “Nokia Asha 205” modeli “QWERTY” düzülüşlü klaviatura və 0,3 meqapikselli kamera ilə təchiz edilib. “Facebook” sosial şəbəkəsinə sürətli çıxış üçün xüsusi düymə mövcuddur. Aparatın çəkisi 94 qram (qr), ölçüsü 113×61×13 millimetrdir (mm). Qurğunun avtonom iş vaxtı danışıq rejimində 11 saat və çağırış rejimində isə 608 saat təşkil edir.

“Nokia 206” telefonu 1,3 meqapikselli kamera və “Bluetooth 2.1+EDR” adapteri ilə təchiz edilib. “Slam” funksiyası vasitəsilə simsiz rabitə ilə məzmun mübadiləsi mümkündür. Aparatın ölçüsü 116×49×12,4 mm, çəkisi isə 91 qr təşkil edir. Qurğunun avtonom iş vaxtı danışıq rejimində 20 saat və çağırış rejimində isə 608 saata bərabərdir.

Hər iki telefon 240×320 nöqtə təsvir ölçülü 2,4 düymlü ekran, 64 MB daxili yaddaş və 32 qiqabayt tutuma qədər “MicroSD” kartları üçün slotla təchiz edilib. GSM 900/1800 MHs şəbəkələri dəstəklənir.
Aparatların qiyməti 62 dollar təşkil edəcək.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL