Ceki Çan 3 min dollarlıq smartfon təqdim edib
Döyüş filmlərinin ulduzu Ceki Çan Çində “Samsung” şirkətinin “SCH-W2013” smartfonunu təqdim edib. Aktyor, həmçinin reklam kampaniyasının siması olub. Aparatın fərqləndirici xüsusiyyətlərindən biri 3,7 düym diaqonallı və 800×480 nöqtə təsvir ölçülü 2 sensor ekrana malik olmasıdır.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, smartfon 2 QB əməli yaddaş və 16 QB daxili yaddaş, dördnüvəli 1.4 QHs takt tezliyində işləyən prosessorla təchiz olunub. Batareyanın tutumu 1850 milliamper/saat təşkil edir, 8 meqapikselli əsas və 1,9 meqapikselli ön kameraya malikdir.
Qurğu iki SİM-kartla işləyə bilər və ona “Android 4.0” əməliyyat sistemi quraşdırılıb.“Engadget”in məlumatına görə, “SCH-W2013” aparatının qiyməti 2900-3200 dollar arasında dəyişiləcək.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL