waplog

Yeni “MacBook Air” hissələrə ayrılıb


“İFixit” mütəxəssisləri keçən həftə “Apple” şirkəti tərəfindən elan edilmiş yeni nəsil “MacBook Air” portativ kompyuterini hissələrə ayırıblar. Qeyd edək ki, “MacBook Air” noutbukları 11.6 və 13.3 düym diaqonallı ekran versiyalarında təklif edilir. Onlar “İntel Sandy Bridge” platformasında hazırlanıblar, 256 QB-a qədər tutumlu sərt daşıyıcı ilə təchiz olunub və “Thunderbolt” (əvvəlki Light Peak) texnologiyasını dəstəkləyirlər. “FaceTime” veb-kamerası, “Wi-Fi” və “Bluetooth 4.0” adapterləri, stereofonik dinamiklər və “USB 2.0” portları var.|
“iFixit” qeyd edib ki, yeni leptoplar konstruktiv cəhətdən əvvəlki nəsil “MacBook Air” ilə oxşardır. Hissələr “Torx” xüsusi vintləri ilə bərkidiliblər, onları adi vintaçanla açmaq çətindir. Bu, kompyuterin hissələrə ayrılmasını çətinləşdirir. “MacBook Air” komponentlərinin xeyli hissəsi, həmçinin SSD daşıyıcı qeyri-standart formfaktora malikdir. Əməli yaddaş modulu bilavasitə ana lövhəyə lehimlənib və yaddaşı artırmaq mümkün deyil. Bütövlüklə “iFixit” şirkəti “MacBook Air”-in təmirə yararlılığını 10 ballıq şkala üzrə 4 bal qiymətləndirib.


hard.compulenta.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL