waplog

Bəşəriyyət məhv olacaq?!


Artıq soyuq müharibə dövrü arxada qalıb, nüvə qəzası riski azalıb. Lakin indi də kompüter və süni intellekt bəşəriyyətə təhlükə yaradır. Kembricdə çalışan alimlər hesab edirlər ki, "Terminator" filminin ssenarisi bu əsrdə həyata keçə bilər.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, Kembricdə Ekzistensional risklərin araşdırılması mərkəzinin (CSER) keçirdiyi tədqiqata əsasən sübut edilib ki, müasir texnologiyalar artıq yaxın gələcəkdə bəşəriyyəti məhv edə bilərlər. Alimlər təhlükə yaradan biotexnologiya, süni intellekt, nanotexnologiya, nüvə müharibəsi və iqlim dəyişiklikləri sahələrini təhlil ediblər.

“Skype”-ın həmtəsisçisi Yaan Tallin və filosof Hyu Prays əmindir ki, insan sivilizasiyası (bəşəriyyət) üçün əsas təhlükə kompüterlərin hesablama gücünün artmasıdır. Bu proses sonda "Vahid süni intellekt"in yaradılması ilə nəticələcənək və o, müstəqil proqramlar yazmağa və insanların köməyi olmadan robotlar istehsal etməyə “qadir” olacaq.

“CSER” ekspertləri fəlakətin dəqiq proqnozunu tərtib etmək üçün siyasət, hüquq, informatika və elm kimi sahələrdə çalışan analitiklər arasında sorğu keçirməyə hazırlaşırlar.

Hyu Praysın fikrincə, əsas təhlükə ondan ibarətdir ki, kompüterlər bir gün resursları insan arzularına zərər kimi şəxsi ehtiyaclarına uyğun bölüşdürməyə başlayacaq.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL