Tokioda nəhəng robot təqdim edilib
Yaponiyalı rəssam Koqoro Kurata Tokioda “Kuratas” adlı nəhəng döyüş robotunu təqdim edib. “Suidobashi Heavy Industry”-nin vəsaiti hesabına başa gəlmiş 4 tonluq nəhəng robot cari ilin yayında ictimaiyyətə təqdim edilmişdi. Hazırda Milli Elm və İnnovasiya muzeyində yerləşdirilib.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, dizellə işləyən robotu onun yuxarı hissəsində yerləşdirilmiş kabinadan, həmçinin smartfona quraşdırılmış tətbiq vasitəsilə idarə etmək olar.
Təxminən 1,3 milyon dəyərində olan aparat 16 rəng variasiyasında əlçatandır, həmçinin geniş aksesuar dəstinə malikdir: əl pulemyotu (70 min dollar), qalxan (75 min dollar) və s. Qeyd etmək lazımdır ki, pulemyot plastik güllə atır.Hazırda robotun istehsalçıları 3 min ilkin sifariş alıblar.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL