Çində 2 saxta “Apple Store” magazası bağlanacaq
Çin hakimiyyəti 2 elektron mağazasını bağlamaq göstərişi verib. Həmin mağazalar “Apple Store”-nin ad və görünüşünü kopyalayıblar. Hər iki mağaza Çinin cənub-qərbində Yunian əyalətində Kunmin şəhərində yerləşir.
Mağazalar yerli məmurların Kunmin şəhərində 300 elektronika mağazasında keçirdikləri yoxlama nəticəsinə görə bağlanıb. Şəhərdə yoxlama gedişində “Apple” məhsulu ilə ticarət edən “Apple Store” adı ilə 5 ticarət nöqtəsi aşkar edilib. Bununla belə onlardan heç biri şirkətin rəsmi mağazası deyil və “Apple” şirkətinin rəsmi reseller statusuna malik deyil.
5 mağazanın hamısının “Apple” şirkətinin orijinal məhsulları ilə ticarət etdiyi müəyyən olunub. İki mağaza bağlanıb. Səbəb isə onların sahiblərinin sahibkarlıq fəaliyyətinə icazələrinin olmamasıdır. Çində “Apple Store”-nin 4 firma mağazası - ikisi Pekində və ikisi isə Şanxayda işləyir. Kunmin şəhərində 13 şirkət “Apple” məhsulları ilə ticarət etmək hüququna malikdir.
lenta.ru
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL