waplog

“Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçiriləcək


Gələn ayın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), BMT İnkişaf Proqramı, “PwC Azərbaycan” şirkəti və Azərbaycan Gənclər Fondunun birgə təşkil etdiyi “Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

  Bu barədə "ICTnews" elektron xəbər xidmətinə SAM-ın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, konfransda Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev açılış nitqi ilə çıxış edəcək.  

Tədbirdə Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri Vahid Axundov “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının təqdimatı ilə, BMT İnkişaf Proqramının Azərbaycanda Rezident nümayəndəsi Antonius Bruk "Gələcəyə baxış – 2020” və qlobal inkişaf çağırışları" mövzusu ilə, “PwC” şirkətinin Baş Qlobal Məsləhətçisi Jan Sturesson “Gələcəyə baxış - əsas tendensiyalar və məsələlər” mövzusu ilə, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "İnnovasiya və modernləşmə strategiyası: informasiya cəmiyyətinə keçid" mövzusu ilə, nəqliyyat nazirinin müavini Musa Pənahov "Azərbaycanın regional nəqliyyat və logistika mərkəzinə çevrilməsi perspektivləri" mövzusu ilə, Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşenko “Diversifikasiya: Davamlı İnkişafın Açarı” mövzusu ilə, Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olli Noroyono “İnfrastrukturun maliyyələşməsi” mövzusu ilə və Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov "Azərbaycanda pensiya-sığorta sisteminin inkişaf perspektivləri" mövzusu ilə çıxış edəcək.

SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL