Mobil qurğuların kameraları təkmilləşdiriləcək
“Toshiba” korporasiyası smartfon və planşet kompüterlərinin kameralarında istifadə üçün nəzərdə tutulmuş 13 meqapikselli “T4K37” KMOP matrisini təqdim edib.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, yeni məhsulda pikselin ölçüsü 1,12 mikrometr təşkil edir.
Keyfiyyəti əks işıqlandırma (BSI) texnologiyasından istifadə və xromatik səs-küyün azaldılması vasitələri hesabına təkmilləşdirmək mümkün olub. Nəticədə hətta zəif işıqlanma zamanı belə yüksəkkeyfiyyətli foto çəkmək mümkün olur.
Matris 8,5×8,5 millimetr ölçülü kamera modullarında tətbiq üçün nəzərdə tutulub.“T4K37” məhsulunun sınaq tədarüklərinə dekabrda start veriləcək. Bu matris əsasında kameralarla təchiz edilmiş birinci yığcam qurğular 2013-cü ildə istehsal ediləcək.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL