2014-cü ilədək "LTE" şəbəkə abunəçilərinin sayı 2 dəfə artacaq
"Yankee Group" analitiklərinin proqnozuna görə, 2012-ci ilin sonunadək "4G" rabitə texnologiyası 65 dövlətdə işə salınacaq.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər 2013-cü ildə "LTE" texnologiyasından təxminən 114 milyon abunəçinin istifadə edəcəyinə ümid edirlər, 2014-cü ilədək isə bu göstərici 2 dəfə artaraq 258 milyon abunəçi təşkil edəcək.
"Rabitədən istifadəyə tələbat günü-gündən artır, buna görə də operatorlar ciddi problemlərlə üzləşirlər. Onlar yeni infrastruktur sahəsinə investisiya yatırılması imkanını nəzərdən keçirirlər və "LTE" şəbəkələrin yayılması tempini ağır iqtisadi şəraitdə həyata keçirirlər" - "Yankee"-nin analitiki Deklan Lonerqan (Declan Lonergan) bildirib. Ekspertin sözlərinə görə, operatorlar yeni şəbəkələrdən qazanc əldə edilməsinin yeni üsullarını axtarıb tapmalıdırlar, çünki "OTT" xidmətlərin provayderləri tərəfindən rəqabət artır.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL