Naxçıvanda rabitə sisteminin payız-qış mövsümünə hazırlığı müzakirə olunub
Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində payız-qış mövsümünə hazırlıqla əlaqədar işlər başlanılıb. Bu barədə nazirliyin mətbuat xidmətindən "ICTnews.az"-a məlumat verilib.
Məlumatda bildirilir ki, əhalinin dayanıqlı rabitə ilə təmin olunması, rabitə xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə nazirlikdə tədbirlər planı hazırlanıb. Qəza hallarının qarşısını almaq üçün ehtiyat hissələrinin əldə edilməsi bütün il boyu nəzarətdə olmasına baxmayaraq, qış mövsümündə elektrik kəsintiləri, normadan fərqli elektrik verilişləri zamanı baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.
Gərginliyin dəyişməsinə ani reaksiya verən rele qurğuları, stabilizatorlar, abunə qutuları, arabağlantı xətləri üçün qoruyucu bloklar tətbiq edilib. Xətt təsərrüfatının normativə uyğunlaşdırılması, rabitə kabellərinin elektrik xətləri ilə təhlükəli kəsişmələri qaçılmaz olan yerlərdə yeraltı keçid, yaxud rezin borulardan istifadə edilməsi, rayon mərkəzlərində və kəndlərdə abadlıq işləri ilə əlaqədar yeraltı rabitə qurğularının tikilməsi ilə rabitə xətlərinin yer altına keçirilməsi həm kabellərin istismar müddətinin xeyli yüksəlməsinə, həm də qəza hallarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
Qış aylarında generatorlara və akkumulyatorlara ehtiyac artdığından bir neçə ildir ki, bu avadanlıqlara mərkəzləşmiş qaydada ixtisaslı mütəxəssislər tərəfindən xidmət göstərilir. Avadanlıqlara vahid mərkəzdən xidmət edilməsi, qeyri-peşəkar müdaxilənin qarşısının alınmasına və nəticədə avadanlıqların daim saz olmasına, daha uzun müddət istismar edilməsinə şərait yaradıb.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL