Bütün ticarət məntəqələrində nağdsız ödəniş genişlənməlidir
Ölkəmizdə nağdsız ödəniş sisteminin genişlənməsi istiqamətində qəti addımlar atılıb. Vergilər Nazirliyindən verilən məlumata görə, ticarət mərkəzlərində bir nömrəli məsələ kimi nağdsız ödəniş sisteminin önə çəkilməsi qarşıya məqsəd qoyulub. "Bu məqsədlə keçirilən reydlərdə bu məsələnin bir nömrəli məsələ kimi öz həllini tapması diqqətə gətirilib"- məlumatda bildirilir.
Məlumatda bildirilir ki, respublikada bu istiqamətdə aparılan islahatlar nəticəsində real vaxt rejimində banklararası hesablaşmalar sistemi və xırda ödənişlər üzrə hesablaşma klirinq sistemi yaradılaraq onların tətbiqi nəticəsində böyük məbləğli və təcili ödənişlərin real vaxt rejimində (onlayn) həyata keçirilməsinə və xırda ödənişlərin (əməkhaqqı, sosial müdafiə ödənişləri, telefon, qaz, su, elektrik enerjisi üzrə kommunal ödənişlər və s.) elektron daşıyıcılar, o cümlədən plastik kartlar əsasında şəffaf, təhlükəsiz, səmərəli həyata keçirilməsinə geniş imkanlar yaradılıb. Hər bir təsərrüfat subyektinin, geniş əhali təbəqəsinin elektron ödəniş sistemlərinin imkanlarından daha fəal istifadəyə cəlb edilməsi, ərazi mənsubiyyətindən asılı olmayaraq, bütün ölkəni əhatə etməklə, vahid elektron ödəniş məkanının yaradılması, eyni zamanda hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə, bank sistemi və maliyyə bazarlarının isə təsərrüfat subyektlərinə və ev təsərrüfatlarına qarşılıqlı çıxış imkanlarının daha da artırılması, iqtisadi dövriyyədə olan pul kütləsinin nağdsız dövriyyə ilə əvəz olunması ölkə iqtisadiyyatının inkişafına investisiya edilməsi üçün əlverişli zəmin yaradır.
Eyni zamanda əhali tərəfindən banklara əmanətlərin qoyulması və mallara, işlərə, xidmətlərə görə ödənişlərin elektron daşıyıcılardan, o cümlədən plastik kartlardan istifadə etməklə nağdsız qaydada aparılması pul vəsaitlərinin saxlanmasının və ödənişlərin aparılmasının etibarlılığını təmin edir.
Hazırda ölkə ərazisində fəaliyyət göstərən bütün təsərrüfat subyektlərinin, ticarət-xidmət müəssisələrinin, geniş əhali təbəqəsinin, o cümlədən pensiyaçıların və təqaüdçülərin elektron ödəniş sistemindən daha aktiv istifadəyə cəlb edilməsi, regionlarda hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə çıxışı imkanlarının daha da artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməkdədir.
Vergilər Nazirliyi bütün qurumlara bu istiqamətdə tədbirləri genişləndirərək nağdsız hesablaşmaları daha da genişləndirməyi tövsiyə edib. Və bu istiqamətdə işlər aparmaqla (əməkhaqlarının plastik kartlarla verilməsi, mal, iş, xidmət təqdim edilməsinin POS-terminallar vasitəsilə həyata keçirilməsi və s.) onların da ölkə iqtisadiyyatının davamlı inkişafında və şəffaflığın artırılmasında böyük rolu ola biləcəyini bildirib.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL