Alimlər “IQ” testdən keçməyə “qadir” süni beyin yaradıblar
Kanadanın Vaterloo Universitetində çalışan alimlər ən real insan beyni yaratdıqlarını elan ediblər. "Semantic Pointer Architecture Unified Network" (SPAUN) 2.5 milyon neyronun iş rejimini modelləşdirən super-kompüterə əsaslanır.
Müqayisə üçün qeyd edək ki, insan beynində təxminən 100 milyard neyron fəaliyyət göstərir.
"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, kanadalıların ixtirası 28x28 piksel təsvir ölçülü kamera ilə təchiz edilib və o, informasiyanın rəqəmli beyinə ötürülməsinə "bələdçilik" edir. "SPAUN", həmçinin avtomatlaşdırılmış əllə təchiz edilib və o, verilənlərin emalının nəticəsini kağızda qeyd edir. "SPAUN"-un əsas özəlliyi onun fəaliyyət prosesindən ibarətdir.
O, kompüter kimi deyil, əsl insan beyni kimi fəaliyyət göstərir. Sistem informasiyanın emalı zamanı beynin müxtəlif bölmələrinin qarşılıqlı əlaqəsini imitasiya edir. Aparat, sadəcə, ona verilmiş əmrləri yerinə yetirmir, o, məsələnin həlli üzərində "düşünür". O, kağız üzərində hərf və rəqəmləri yadda saxlaya, tanıya və "oxuya" bilir.
Bu xüsusiyyət, ona sadə "IQ" testlərdən keçməyə imkan yaradır. İnsanda olduğu kimi süni beyin də qısamüddətli yaddaşda xeyli sayda rəqəm saxlaya bilmədiyindən vəzifələrinin yerinə yetirilməsi zamanı bəzən səhvə yol verir.
Alimlər gələcəkdə "SPAUN"-u təkmilləşdirmək istəyirlər ki, o, öz təcrübə və bacarıqlarına əsaslanaraq sərbəst şəkildə öyrənə bilsin.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL