waplog

“İPS” matrislə “Full HD” formatlı monitor


“Dell” şirkəti 24 düym diaqonallı “UltraSharp U2412M” monitorunun satışına başlayıb. Texnoloji yenilik işıq saçan diod işıqla “İPS” matrislə təchiz edilib; ekranın kəskinliyi 1920×1080 nöqtə (Full HD formatı) təşkil edir. Parlaqlıq 300 kd/m2 bərabərdir; ziddiyyət 1 000:1 (dinamik ziddiyyət - 2 000 000:1). Reaksiya müddəti - 8 ms; şaquli və üfüqi üzrə görünüş bucağı 178 dərəcəyə bərabərdir. Siqnal mənbələrinin qoşulması üçün “D-Sub” analoq portu, həmçinin “DVİ” və “DisplayPort” rəqəmli interfeysləri nəzərdə tutulub. Bundan başqa, “4 USB 2.0” portu var.
Altlıq əyilmə bucaqlarını, ekranın dönməsini və iş stoluna nəzərən onun hündürlüyünü nizama salmağa icazə verir. Monitorun ölçüləri 514×556×180 millimetr, çəkisi isə təxminən 4 kq-dır. “UltraSharp U2412M” modelini 400 dollara əldə etmək olar.


hard.compulenta.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL