“Elektron Hökumət” portalında yeniliklər davam edir
“Elektron Hökumət” Mərkəzi Portalında yeniliklər davam edir. Belə ki, portal vasitəsilə təqdim olunan elektron xidmətlərin sırası bir qədər də genişlənib və Dövlət Statistika Komitəsi (DSK) artıq ikinci elektron xidmətini ictimaiyyətin istifadəsinə təqdim edib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu xidmət “Statistik məlumatların (göstəricilərin) verilməsi xidmətidir.
DSK tərəfindən həyata keçirilən bu xidmət vasitəsilə vətəndaşlar istənilən göstəricilərə görə mövcud olan statistik məlumatları əldə edə bilərlər. Bunun üçün istifadəçi xidmətə daxil olaraq, özü haqqında tələb olunan məlumatları doldurmalı və əldə etmək istədiyi statistik məlumatı qeyd etməlidir.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL