“LG” yeni smartfon hazırlayır
“LG” şirkəti ilin sonuna kimi ən azı “Android” və “Windows” ilə işləyən 7 yeni kommunikator təqdim edəcək. Məlumatlara əsasən, “Prada K2”, “Univa”, “Victor”, “Gelato NFC”, “E2” və “K”, həmçinin “Windows Phone 7 Mango” əməliyyat sistemi ilə işləyən “Fantasy” aparatı işıq üzü görəcək.
Qalınlığı 8.8 mm olan korpusda hazırlanan “Prada K2” modelinin 4.3 düym “Nova” sensor ekranı, 2 nüvəli prosessor, 8 meqapiksellik matrislə əsas kamera və 16 Qb inteqrasiya edilmiş fləş yaddaş ilə təchiz ediləcəyi məlumdur. “Univa” kommunikatoru 800 MHz prosessor, 3,5 düym sensor ekran (480×320 nöqtə), 5 meqapiksel kamera və “Wi-Fi” kontrolleri ilə təchiz ediləcək. Korpusun qalınlığı 11,9 millimetrdir.
“Victor” modelinin xüsusiyyətləri, ilkin məlumatlara əsasən, belədir: 3,8 düym “OLED” ekranı (800×480 nöqtə), 1 QHz takt tezlikli prosessor, 2 kamera (5 və 0,3 meqapiksel matrislə), həmçinin “Wi-Fi” (802.11b/g/n) simsiz əlaqə adapteri. “Gelato NFC” qurğusu “NFC” texnologiya dəstəyinə malik olacaq. Bu, bir sıra xidmətləri kontaktsız üsulla ödəməyə icazə verəcək. 800 MHz tezlikli çip, 3,2 düym ekran (480×320 nöqtə) və 3 meqapiksel matrislə kamera. “E2” aparatı haqqında bildirilib ki, o, 1 QHz takt tezliyinə qədər prosessor, “QVGA” ekran (320×240 nöqtə) və 3 meqapiksel kamera ilə təchiz olunacaq. “K” və “Fantasy” smartfonlarının xüsusiyyətləri haqda hələ məlumat verilməyib.
hard.compulenta.ru
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL