waplog

“Apple” öz simsiz enerjidoldurma texnologiyasına dəyişikliklər edib


"Apple" daha bir mübahisəli patent üçün ərizə verib. "iPhone" və "iPad" qurğularının istehsalçısı mobil qurğuların simsiz enerji ilə doldurulması üsulu üzərində hüquq əldə etmək istəyir. Şirkətin bəyanatına görə, onların texnologiyası tamamilə yenidən düşünülüb və rəqiblərindən fərqlənir.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, ixtiranın mahiyyəti smartfon və planşetləri "hava" vasitəsilə yükləməkdən ibarətdir.

"Apple" şirkəti enerjinin 1 radius metrdə ötürülməsi üçün yaxın sahə maqnit rezonansından istifadə etməyi təklif edir. Qeyd edək ki, simsiz enerji doldurulması heç də yeni texnologiya deyil. Bu həll hələ 2009-cu ildə təqdim edilmiş "Palm Pre" smartfonunda reallaşdırılmışdı.

2011-ci ildə isə "LG", "Powermat" və "Duracell" şirkətləri öz simsiz enerji doldurulması variantlarını təqdim etdilər.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL