waplog

Yarımkeçirici sənayesinin həcmi 303 milyard dollar təşkil edəcək


“IHS iSuppli” şirkətinin analitikləri 2012-ci ilin nəticəsinə görə, ötən illə müqayisədə çip satışından əldə olunan gəlirin 2,3 faiz azalacağını proqnozlaşdırıblar. Şirkətin ilkin hesabatına əsasən, istehsalçılar yarımkeçirici sənayesindən 303 milyard dollar əldə edəcəklər.


Qeyd edək ki, ötən il bu göstərici 310 milyard dollara bərabər olmuşdu. Beləliklə, 2009-cu ildən etibarən ilk dəfə olaraq yarımkeçirici sənayesində azalma qeydə alınacaq. “IHS iSuppli” analitik şirkətində elektronika və yarımkeçirici üzrə tədqiqat rəhbəri Deyl Fordun sözlərinə görə, 2012-ci ilin birinci yarısında çip bazarında qeydə alınmış durğunluqdan sonra ikinci yarımillikdə bazar özünə gələ bilmədi.

Cari ilin dördüncü rübündə bazar qismən bərpa olunmağa başladı və ehtimal ki, illik hesablama üzrə artım qeydə alınacaq.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL