Sosial xidmətlər mobilləşir
"Nielsen" şirkəti sosial veb-xidmətlərin ABŞ bazarı üzrə statistikasını açıqlayıb. "ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, statistikaya əsasən, ABŞ-da internetə çıxış imkanı üçün yığcam texnikadan (smartfon və planşetlər) istifadə edənlərin sayı getdikcə artır. Belə ki, 2012-ci ilin iyulunda internetə çıxış imkanı üçün mobil qurğulardan istifadə edənlərin sayı təxminən 95,2 milyona bərabər olub.
Bu göstərici illik hesablama üzrə 82 faiz çoxdur. Müvafiq dövrdə mobil tətbiq istifadəçilərinin sayı 85 faiz artaraq 101,8 milyon təşkil edib. Sosial xidmətlərlə iş prosesi üçün istifadə edilən mobil tətbiqlərin populyarlığı artır: ötən illə müqayisədə onlardan istifadə edənlərin sayı 2 dəfə artaraq 85.8 milyon təşkil edib.
ABŞ-da sosial xidmətlərə fərdi kompüterlərdən (FK) daxil olanların sayı 1 il ərzində 163,6-dan 171,8 milyona qədər artıb. "Facebook" ən populyar sosial şəbəkə olaraq qalır: xidmətə FK-dən daxil olanların sayı 1 il ərzində 4 faiz azalıb, mobil tətbiq tərəfdarlarının sayı isə, əksinə, 88 faiz artıb. "Twitter" mikrobloqunda hər ikisində artım qeydə alınıb.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL