Çində ər-arvad onlayn oyun haqqını ödəmək üçün uşaqlarını satıblar
“ABC News” bildirib ki, gənc çinli ər-arvad 3 uşağını sataraq əldə etdikləri pulu internet-kafedə onlayn oyunlara xərcləyiblər. Li Lin və Li Cüzyan 2007-ci ildə tanış olublar, 1 ildən sonra onların oğlu olub. Valideynlərin onlayn oyunlara mübtəla olmasını uşağın doğulmasından bir neçə gün sonra onu evdə tək qoyaraq, 30 kilometr məsafədə yerləşən internet-kafeyə getmələri faktı da təsdiq edir.
2009-cu ildə Li Lin və Li Cüzyanın qızları doğulur və onlar qızı 500 dollardan aşağı qiymətə satırlar. Pullar oyunlara xərcləndikdən sonra onlar ilk uşağı 4600 dollara satıblar. Onlar həmçinin ötən il doğulan üçüncü uşağı da eyni məbləğə satıblar. Ər və arvadın sözlərinə görə, onlar uşaqları böyütmək və tərbiyə etmək istəmirdilər, sadəcə, onlara pul lazım idi.
www.onliner.by
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL