waplog

Təhlil: 2012-ci ildə smartfon bazarının həcmi 45 faiz artıb


"IDC" analitik şirkətinin proqnozuna əsasən, 2012-ci ildə smartfon tədarüklərinin həcmi 717 milyona bərabər olacaq. Bu göstərici 2011-ci illə müqayisədə 45 faiz çoxdur. Analitiklər bildiriblər ki, ümumilikdə mobil qurğuların satış həcmi 1 il ərzində cəmisi 1,4 faiz artıb.

Analitik şirkətin proqnozuna görə, yeni ilqabağı "partlayış" sayəsində cari rübdə təxminən 224,5 milyon smartfon satılacaq. Bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 39,5 faiz çoxdur. "IDC"-nin proqnozuna görə, 2012-ci ildə smartfonlar üçün əməliyyat sistemləri bazarında "Android" platformasının payı 68,3 faiz, "iOS"-da 18.8 faiz, "BlackBerry"-də 4,75 faiz və "Windows Phone 7/8"-də 2,6 faiz təşkil edəcək.

"IDC" hesab edir ki, "Windows Phone" sistemi yaxın 4 il ərzində bazarda ən sürətli inkişaf edən platformaya çevriləcək və 2016-cı ilədək onun bazar payı təxminən 11,4 faiz təşkil edəcək.

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL