Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması üçün proqram təminatı istifadəyə verilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ölkədə informasiya cəmiyyətinin inkişafı məqsədilə daha bir layihəni həyata keçirir. Belə ki, respublika prezidentinin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, dövlət orqanları tərəfindən əhaliyə göstərilən xidmətlərin təkmilləşdirilməsi, genişləndirilməsi və şəffaflığın artırılması məqsədilə dövlət informasiya ehtiyatlarının reyestrinin, eləcə də fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatının (reyestrinin) aparılması üçün proqram təminatı hazırlanıb istifadəyə verilib.
Reyestrlərin operatoru olaraq, dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və ləğv edilməsi RİTN-ə həvalə edilib və hal- hazırda müvafiq dövlət qurumları, aidiyyəti hüquqi və fiziki şəxslərin malik olduğu informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin reyestlərə daxil edilməsi istiqamətində RİTN tərəfindən lazımi işlər görülür.
RİTN-nin Məlumat Hesablama Mərkəzindən bildirilib ki, qanunvericiliyə uyğun olaraq, yeni yaradılan, quruluşunda dəyişikliklər aparılan, fəaliyyəti dayandırılan informasiya ehtiyatları haqqında məlumatların Dövlət Reyestrinə daxil edilməsi və ya müvafiq düzəlişlərin edilməsi üçün lazımi sənədlər (müraciət ərizəsi və qeydiyyat kartı) müraciət edən tərəfindən 20 gündən gec olmayaraq Reyestrin operatoruna təqdim edilməlidir.
Həmçinin “Fərdi məlumatlar haqqında” qanunun qüvvəyə minməsinə qədər mövcud olan və qanunun tələblərinə uyğun olaraq qeydiyyatı məcburi olan informasiya sistemləri dövlət qeydiyyatından keçirilməlidir. İnformasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin reyestrlərdə qeydiyyata alınması üçün qurumlar elektron imza və ya RİTN tərəfindən təqdim olunan kod-parol vasitəsi ilə sistemə daxil olaraq lazımi məlumatları (müraciət ərizəsi, qeydiyyat kartı və s.) sistemə daxil edə bilərlər.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL