waplog

“AMD” 10 nüvəli desktop prosessorları istehsal edəcək


Veb-mənbələrin məlumatına görə, “AMD” şirkəti, 2012-ci ildə stolüstü kompyuterlər üçün təyin olunmuş kod adı “Komodo” olan prosessorların elanını nəzərdə tutub. “Komodo” “AMD” şirkətinin 10-a qədər hesablama nüvəsindən ibarət olan ilk desktop çipləri olacaq. Onlar “Socket FM2” platformasında 32 nanometr texnologiya üzrə istehsal ediləcək. Prosessorlar “DDR3” yaddaş kontrolleri və “Turbo Core 3.0” sistem dəstəyini əldə edəcəklər. “Turbo Core 3.0” sistemi onlara cari yüklənmədən asılı olaraq sürəti avtomatik artırmağa icazə verəcək.
“Komodo” çipləri “Corona” aparat platforması tərkibinə daxil ediləcəklər. “Corona” aparat platforması “Hudson D4” (4 USB 3.0 portu və 8 SATA 3.0 dəstəklənir) məntiqinin dəstindən istifadə edəcək. Prosessorlar hər şeydən əvvəl güclü oyun kompyuterlərində və " entuziastlər (bütün qüvvəsilə, böyük şövq və həvəslə işləyən adam) üçün sistemlərdə" tətbiq olunacaq.
Həmçinin qeyd edilib ki, 2012-cidə “Trinity” və “Wichita” adlı hibrid çiplər (APU) işıq üzü görəcəklər. Onlar müvafiq olaraq 32 və 28 nanometr texnologiya üzrə istehsal ediləcəklər. 4-ə qədər hesablama nüvəsi və “DirectX 11” proqram interfeysinin dəstəyi ilə inteqrasiya olunmuş qrafik kontrollerlə təchiz edilib. “AMD” şirkəti 2013-cü ilin ikinci yarısına 20 nanometr istehsalat texnikasına keçid etməyi nəzərdə tutub. Şirkət 2015-ci ildə isə mikroprosessorların istehsalını 14 nanometr normalarla öyrənməyi hesablayır.


hard.compulenta.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL