waplog

“XXI əsr: Geodeziya və kartoqrafiya elmində innovasiyalar” mövzusunda IV elmi-praktik konfrans keçirilib


Bu gün Bakı Dövlət Universitetində (BDU) Geodeziya və kartoqrafiya kafedrasının 40 illik yubileyinə həsr olunmuş "XXI əsr: Geodeziya və kartoqrafiya elmində innovasiyalar" mövzusunda IV elmi-praktik konfrans keçirilib.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib. Universitetdən bildirilib ki, konfransda rektor, akademik Abel Məhərrəmov geodeziya-kartoqrafiya elminin öz əhəmiyyətinə görə yer elmləri sırasında xüsusi yer tutmasından bəhs edib. Xüsusilə də son dövrlərdə aerokosmik məlumatlardan geniş istifadə, yeni elektron və lazer əsaslı ölçü alətlərinin hazırlanması və istifadəsi bu sahəni daha da vacib edib.

Deyib ki, ölkədə aparılan yenidənqurma və quruculuq işləri, yeni məktəblərin tikintisi, magistral neft-qaz kəmərlərinin çəkilişi, yolların salınması və sair, geodeziyasız, xəritəsiz ötüşə bilməz: "Bir sözlə, yerin fiziki səthində, onun altında, üstündə, hətta fəzada belə nə iş aparılsa, orada geodeziya, orada kartoqrafiya vardır. Hər nə olursa olsun, onun yeri, koordinatı məlum deyilsə və bu obyekt xəritədə göstərilməyibsə, deməli, bu obyekt yoxdur".

Rektor kafedranın fəaliyyətini yüksək qiymətləndirib və professor-müəllim heyətini, eləcə də metodist-laborantları 40 illik yubiley münasibətilə təbrik etdikdən sonra elmi-praktik konfransı açıq elan edərək onun işinə uğurlar arzulayıb. S

onra Geodeziya və kartoqrafiya kafedrasının müdiri, professor Məqsəd Qocamanov "1972-ci ildən başlanan yol" adlı məruzə edib. D

övlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov "Azərbaycanda geodeziya və kartorqafiyanın müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri", AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü R.Məmmədov isə "Təbiət elminin inkişafında geodeziya və kartoqrafiyanın rolu" adlı məruzə ediblər.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL