“Gələn ildən “4G” texnologiyalarının tətbiqi üçün digər mobil operatorlara da lisenziya veriləcək”
"Gələn ildən "4G" texnologiyalarının tətbiqi üçün digər mobil operatorlara da lisenziya veriləcək". Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Artıq "Azercell"dən sonra "Bakcell" mobil operatoru da "4G" texnologiyası xidmətini göstərməyə hazırdır. Lakin burada əsas problem tənzimləyici orqan kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qoyduğu tələblərin sona qədər qəbul olunmasıdır". Nazir qeyd edib ki, hazırda bu xidmətin tətbiqi üçün son texniki məsələlərin hazırlığı aparılır.
Qeyd edək ki, bu ilin may ayından "Azercell" mobil operatoru "4G" xidmətinin tətbiqinə başlayıb. Digər mobil operatorlar "Azerfon" və "Bakcell"in isə bu xidməti göstərməsi üçün lisenziyanın bu ilin sonuna kimi veriləcəyi bildirilmişdi.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL